Noy 08, 2021 13:16 Asia/Baku
  • Bağdadda ordu tankları yerləşdirilib
    Bağdadda ordu tankları yerləşdirilib

İraq Silahlı Qüvvələrinin baş komandanlığının sözçüsü İraqın baş nazirinə uğursuz sui-qəsddə istifadə edilən pilotsuz uçuş aparatının buraxılış yerinin müəyyən edildiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İraq Silahlı Qüvvələrinin baş komandanlığının sözçüsü Yəhya Rəsul, baş nazir və ali baş komandan Mustafa Əl-Kaziminin evinə hücum edən iki pilotsuz uçan aparatların Bağdadın 12 kilometr şimal-şərqindəki bölgədən havaya qalxdığını bildirib.

Yəhya Rəsul əlavə edib: "Bu iki pilotsuz təyyarə radara düşməmək üçün aşağı hündürlüklərdə uçurdu".

Yəhya Rəsul bu sui-qəsdə PUA-nın ikinci partlayışı ilə cəhd olunduğunu və onun vurulması ilə uğursuz qaldığını bəyan edərək, İraqın baş nazirinə qarşı uğursuz sui-qəsdin dünyaya mənfi mesajlar göndərdiyini söyləyib. 

İraq Silahlı Qüvvələrinin baş komandanlığının sözçüsü, həmçinin Bağdad küçələrində İraq ordusunun zirehli texnika və tanklarının yerləşdirildiyini bildirərək, deyib: "Vətəndaşların arxayınlaşması üçün ordunun və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi təbii haldır və biz dövlət qurumlarına qarşı hücumlar qarşısında səssiz qalmayacağıq".

Teqlər