Apr 28, 2022 11:24 Asia/Baku
  • İsmayıl Həniyyə: Fələstin xalqının seçimi müqavimət variantıdır

HƏMAS lideri vurğulayıb ki, Qüds məsələsi, Məscidül-Əqsa, qaçqınların geri qaytarılması haqqı və məhbusların azadlığı siyasi danışıqlar masasında həll olunmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, İsmayıl Həniyyə Ümumdünya Qüds Günü münasibəti ilə etdiyi çıxışında belə izah edib: “Bu möhtəşəm gündə, Ümumdünya Qüds Günündə Fələstin xalqı və Məscidül-Əqsanı əliyalın şəkildə müdafiə edən müdafiəçilərə müraciət edirəm. Ümumdünya Qüds Günü bu il bir sıra hadisələrlə müşayiət olunub. Fələstin xalqı Ramazan ayının əvvəlindən bir sıra əməliyyatlar həyata keçirərək göstərdi ki, Fələstin xalqının seçimi müqavimət variantıdır.”

Fələstinli siyasətçi əlavə edib: “İşğalçı rejim kompromis razılaşmalarından və Fələstin idealını məhv etmək planlarından istifadə edərək öz varlığını qanuniləşdirməyə çalışır.”

HƏMAS-ın siyasi bürosunun üzvü xəbərdarlıq edib ki, işğalçı rejim dünyanın başının Rusiya və Ukrayna arasındakı müharibəyə qarışmasından istifadə edərək, Qüds və Məscidül-Əqsa ilə bağlı planlarını həyata keçirməyə çalışır. Lakin bu rejimin Fələstin xalqını cilovlamaq üçün göstərdiyi bütün cəhdlər nəticəsiz qalıb.

O bildirib: “Qüds Qılıncı” əməliyyatında böyük strateji qələbə qazanan  və müqavimət göstərən Qəzzə hələ də işğalçı rejimlə döyüş meydanında olduğunu sübut etdi. Qəzzə əhalisi Fələstin xalqının bir parçasıdır və onlar Məscidül-Əqsada işğalçı rejimə qarşı döyüş meydanından uzaqlaşa bilməyəcəklərini göstərdilər.

Teqlər