İslam İnqilabının Böyük Rəhbəri Fələstin mövzusunda nikbin proqnozlar verdi
Fələstində Müqavimətin coğrafiyası genişlənib - TƏHLİL
İslam İnqilabının Aliməqamlı Rəhbəri Ayətullahül-uzma Xamenei cümə günü Ümumdünya Qüds Günü münasibətilə televiziya ilə çıxışında bildirib ki, Fələstin xalqının xeyrinə fərqli gələcəyin çox ümidverici əlamətləri özünü göstərməyə başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İnqilab Rəhbərinin qənaətincə, müqavimət meydanı bütün xalq arasında genişlənib, işğalçı rejim və onun əsas himayədarı olan Amerika zəifləyib və son illərdə baş verən hadisələr sionist rejimlə bütün təslimçilik planlarını alt-üst edibdir.
Həzrət Ayətullahül-uzma Xamenei Qərbi Asiyada müqavimətin formalaşmasını bu regionda ən mübarək hadisə hesab edərək, bu hadisənin əvəzolunmaz nemətlərini xatırladıb. “Yalnız müqavimətin gücü ilə İslam dünyasının və xüsusilə Fələstin probleminin həllinə nail olmaq mümkündür. Q əsbkar və cinayətkar sionist rejimin Qüdsə hakim olduğu müddətcə ilin hər günü Qüds günü hesab olunmalıdır. Qüdsi-Şərif Fələstinin ürəyidir və qəsb olunmuş ölkənin hər yeri, dənizdən dərəyə qədər Qüdsün davamıdır.”
Aliməqamlı Rəhbərin bütün Fələstinin müqavimət səhnəsinə çevrilməsini vurğulaması işğal altındakı Fələstində son illərdə baş verən proseslər fonunda ifadə olunub. İsrailin mənafeyinə və fələstinlilərə qarşı, xüsusilə Qüdsün İsrail rejiminin paytaxtı kimi tanınması istiqamətində misli görünməmiş addımlar atan ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə sionist rejim bu qənaətə gəlmişdi ki, bütün fələstinlilərin Şərqi Qüdsdən qovulması və Qüdsün yəhudiləşdirilməsi üçün münbit şərait yaranıb. Bu səbəbdən o, ilk növbədə fələstinlilərin əcdadlarının torpağı olan şəhərin ərazilərindən və məhəllələrindən qovulmasına, o cümlədən fələstinlilərin Şərqi Qüdsdəki Şeyx Cərrah məhəlləsindən çıxarılması üçün 2021-ci ilin ortalarında güc tətbiq etdi. Bu, İordan Çayının Qərb Sahilində və Qəzzə zolağında kəskin reaksiyaya və fələstinlilərin geniş etirazına səbəb oldu. Bunun ardınca etirazlar ilk dəfə olaraq 1948-ci ildə işğal olunmuş ərazilərə yayıldı və bu ərazilərdə yaşayan fələstinlilər Fələstinin digər bölgələrindəki soydaşları ilə ayaqlaşdılar. Bununla paralel olaraq fələstinli cihadçı qrupların sionist rejimin bu kobud hərəkətinə reaksiyası və rejimin Məscidül-Əqsaya hücumunu davam etdirməsi sonda İsrail ilə Qəzzədə cihadçı qruplar arasında növbəti döyüşə gətirib çıxardı ki, bu da nəhayət müqavimətin raket hücumlarından vahiməyə düşən qəsbkar rejimin atəşkəs istəməsi ilə başa çatdı. Fələstin İslami Cihad Hərəkatının siyasi bürosunun üzvü Xalid əl-Bətəş deyir: “2021-ci il Fələstin üçün ən təsirli il olub və bu ilin inkişafları arasında Qüds Qılıncı döyüşü xüsusi yer tuturdu.”
Bu arada sionist rejim builki Ramazan ayında Məscidül-Əqsada fələstinli ibadət edənlərə qarşı kütləvi hücumlar təşkil edərkən Şərqi Qüdsün kimliyini dəyişdirmək və müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsaya hücum etmək üçün yeni addım atdı. Bu hərəkət fələstinlilərin kəskin reaksiyasına səbəb oldu və onlarla sionist rejim hərbçiləri arasında geniş toqquşmalara səbəb oldu. Eyni zamanda, işğal olunmuş Fələstində inkişaf edən fenomen fələstinli gənclərin 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan sionistlərə qarşı hücumlarıdır ki, bu da onların arasında görünməmiş qorxu və panikaya səbəb olub.
Ayətullahül-uzma Xamenei Cenin düşərgəsinin ayağa qalxmasını bütün Fələstində müqavimətin yayılmasına dair konkret addımlar kimi səciyyələndirərək bildirib ki, fələstinlilərin 70 faizi işğalçı rejimə qarşı cihadçı hərəkatı dəstəkləyir, 1948-ci il ərazilərinin şimal və cənub hissələrində Fələstin xalqı hərəkətə keçib, İordaniya və Şərqi Qüdsdə mitinqlər ara vermir, fələstinli gənclər Məscidül-Əqsanı şiddətlə müdafiə edir və Qəzzədə hərbi təlimlər keçirilir. Bunlar bütün Fələstinin müqavimət səhnəsinə çevrildiyinə və Fələstin xalqının buna sadiq qaldığına dəlalət edir. Bu mühüm hadisələr fələstinlilərin işğalçı rejimlə qarşı-qarşıya gəlməyə və lazım bildikləri zaman hərəkətə keçməyə tam hazır olmaları deməkdir.
İnqilab Rəhbərinin fikrincə, son illərdə Fələstində baş verən olayların mühüm mesajı sionist düşmənlə bütün təslimçilik planlarının alt-üst olmasıdır: Fələstinə dair heç bir plan onun əsl sahiblərinin rəyinə zidd olaraq həyata keçirilə bilməz. Oslo sazişi, iki dövlətli ərəb planı, əsrin razılaşması və ya son alçaldıcı normallaşmalar kimi razılaşmalar ləğv edilmiş hesab olunurlar.