Avq 20, 2022 12:29 Asia/Baku
  • Amerika qüvvələri Suriyada sıxışdırılır

Son həftədə ikinci dəfə olaraq ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Suriyanın şərqində ABŞ-ın işğal etdiyi neft yatağı və bazaya raketlərlə hücum edilib. Belə ki, ötən gecə naməlum tərəflər ABŞ-ın Fəratın şərqində zəbt etdiyi ən böyük neft yatağı ərazisinə raketlərlə hücum edib.

Əlavə edilib ki, Deyrəzzurda əl-Ömər neft yatağının ərazisinə bir neçə raket düşüb.

Partlayış səslərindən sonra ABŞ-ın PUA və helikopterləri havaya qalxıb.

Cari həftənin əvvəlində də sözügedən əraziyə katyuşa raketləri atılmış, bir neçə gün öncə isə Suriya-İordaniya sərhədində yerləşən və ABŞ-ın zəbt etdiyi digər ərazi, yəni ət-Tənəf bölgəsi PUA-ların hücumuna məruz qalmışdı.

Qeyd edək ki, ABŞ və separatçı kürd birləşmələri 2014-ci ildən başlayaraq İŞİD-lə mübarizə adı altında bölgəni zəbt edib və Suriya dövlətinin çağırışlarına baxmayaraq öz qanunsuz əməllərinə son qoymaq istəmirlər. 

Teqlər