Okt 14, 2022 13:50 Asia/Baku
  • Əbdül Lətif Rəşid İraqın beşinci prezidenti oldu

İraq parlamentində keçirilən prezident seçkilərinin ikinci turunda səslərin hesablanmasına əsasən, Əbdül Lətif Rəşid rəqibi Bərhəm Salehi kənarlaşdırıb və İraq prezidenti postunu qazanıb.

Sky News-un məlumatına görə, İraq parlamentində keçirilən prezident seçkilərinin birinci turunda İraq Kürdüstanı Vətənpərvərlər İttifaqından olan Əbdül Lətif Rəşid 157, Bərhəm Salih isə 99 səs toplaya bilsə də, onların heç biri lazımi səs çoxluğunu əldə edə bilməyib və bu məsələ seçkilərin ikinci turuna qədər uzadılmasına səbəb olub.

İraq konstitusiyasına görə, prezident olmaq üçün namizəd 220 səs almalıdır; Əks halda, seçki ikinci tura qədər uzanır, ondan sonra prezidentin seçilməsi üçün meyar 165 səsdir.

Nəhayət İraq parlamentində keçirilən iki tur səsvermə nəticəsində Əbdül Lətif Rəşid İraqın prezidenti seçilib.

İraq prezidentinin seçilməsi üçün keçirilən səsvermənin ikinci mərhələsində 269 deputat iştirak edib və Əbdül Lətif Rəşid 162, Bərhəm Saleh isə 99 səs toplayıb.

İran İslam Respublikası prezidenti İraq prezidentinin seçilməsi münasibətilə bu ölkə xalqı və hökumətini təbrik edib.

Teqlər