Mart 17, 2023 21:02 Asia/Baku
  • Qərbin suriyaya qarşi küdurəti özünü göstərir

ABŞ, İngiltərə, Fransa və Almaniya: Suriya ilə əlaqələri normallaşdırmayacağıq

SəhərAzəri-nin məlumatına əsasən, Amerika, İngiltərə, Fransa və Almaniya bir bəyanatda bildiriblər ki, siyasi həll yoluna tərəf irəliləyişin olmayacağı zamanadək Əsəd hökuməti ilə əlaqələri normallaşdırmayacaqlar və sanksiyalar qaldırılmayacaq.

Bu dörd Qərb ölkəsinin iddiasına görə; Əsəd hökuməti öz xalqına qarşı faciəli cinayətlər törədir və terrorçulara regionun təhlükəsizliyini təhdid etməyə icazə verir.

Bəyanatın verilməsinin fonunda qeyd edək ki, qəsbkar amerikan qüvvələr neçə ildir ki, yaraqlı kürdlərin hökmranlığı altında olan bölgələrdə yerləşməklə suriyalıların nefti və qida maddələrini qarət etməklə məşğuldurlar.

 

Teqlər