Livan Hizbullahının lideri işğalçı rejimə şərt qoydu
Seyid Həsən Nəsrullah: İsrail Qəzzədə təcavüzü dayandırmalıdır
Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bəyan edib ki, şimal cəbhəsində döyüşlərin dayandırılması Qəzzədə təcavüzün dayandırılmasına bağlıdır.
Seyid Həsən Nəsrullah Livan Hizbullahının Əl-Əqsa Tufanı əməliyyatında iştirakı haqda bildirib: “Bu döyüşə sadiqliyimiz ilk gündən həlledici idi. Döyüşümüzün məqsədləri günü-gündən reallaşır.
Hizbullah lideri çıxışının davamında deyib: “Əməliyyatımız düşməni şimalda məşğul edir və 1000 israilli zabit və əsgər orada qalmağa məcburdur. Livanın Qəzzəyə dəstək cəbhəsinin məqsədi düşməni yormaq və Qəzzə zolağında münaqişəni öz xeyrinə həll etmək imkanından məhrum etməkdir. Öz döyüşümüzlə düşməni Qəzzəni işğal etməkdən yayındıra bilirik və ona anladırıq ki, əgər bunu dayandırmaq istəyirsə, Qəzzədə təcavüzünü dayandırmalıdır”.
Hizbullah Hərəkatının lideri qeyd edib ki, işğalçı rejimin ordusu qüvvə çatışmazlığından əziyyət çəkir.