İyul 29, 2024 12:43 Asia/Baku
  • Hizbullah BMT-yə müraciət etdi:

Məcdəl Şəms hadisəsinə İsrailin izləyici raketi səbəb olub

Livan Hizbullahı BMT-yə məlumat verib ki, Məcdəl Şəms hadisəsi İsrailin hava hücumundan müdafiə sisteminin raketinin futbol stadionuna düşməsi nəticəsində baş verib.

Amerikanın Axios xəbər saytı ABŞ rəsmilərinə istinadən bildirir ki, Bayden hökuməti Məcdəl Şəmsə raket hücumunun sionist rejimlə Hizbullah arasında hərtərəfli müharibəyə səbəb olacağından narahatdır.

Amerika rəsmiləri qeyd ediblər ki, Məcdəl Şəmsə hücum 10 ay əvvəldən narahat olduğumuz və xəbərdarlıq etdiyimiz qığılcımdır.

Sionist rejim səlahiyyətliləri Livan Hizbullahını Məcdəl Şəms bölgəsinə hücum etməkdə ittiham edirlər. Halbuki, Livan İslami Müqaviməti bəyanat yayaraq belə bir hücumu "qəti şəkildə" rədd edib.

Bu arada Livanın yüksək rütbəli rəsmiləri ölkənin istənilən təhlükəyə qarşı vahid mövqeyini vurğulayıblar. Onların qənaətincə, İsrail münaqişəni genişləndirməklə Qəzzədəki hadisələri ört-basdır etməyə çalışır, lakin bilməlidir ki, işğal olunmuş Fələstinin şimalına köçkünləri müharibə ilə qaytara bilməz.

Digər tərəfdən, Livan hökumətinin xarici işlər naziri Abdullah Buhəbib deyib ki, Qəzzə zolağında ən iyrənc cinayətləri törədən İsrail, indi də işğal altında olan Suriyanın Colan bölgəsində guya dinc sakinləri müdafiə edir!

Onun sözlərinə görə, Colan bölgəsində şübhəli hadisə bəhanəsi ilə Livana qarşı hər hansı genişmiqyaslı hücum regional müharibəyə səbəb olacaq.

Məcdəl Şəms hadisəsinin araşdırılması üçün çoxlu müraciətlər olsa da, işğalçılar nə olursa olsun Livanı təhdid etməyə davam edir.

 

Teqlər