Hizbullah İsrailin Beyruta təcavüzkar hücumuna reaksiya verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413240-hizbullah_İsrailin_beyruta_təcavüzkar_hücumuna_reaksiya_verdi
Məlum olduğu kimi, ötən gecə düşmən sionist qırıcıları Beyrutun cənub ətrafına hücum edərək, yaşayış məskənlərindən birini hədəfə alıb. Bu təcavüzkar hücumun nəticəsində bir neçə nəfərin şəhid olduğu və onlarca insanın yaralandığı bildirilir.
(last modified 2024-07-31T03:29:23+00:00 )
İyul 31, 2024 07:27 Asia/Baku
  • Hizbullah İsrailin Beyruta təcavüzkar hücumuna reaksiya verdi

Məlum olduğu kimi, ötən gecə düşmən sionist qırıcıları Beyrutun cənub ətrafına hücum edərək, yaşayış məskənlərindən birini hədəfə alıb. Bu təcavüzkar hücumun nəticəsində bir neçə nəfərin şəhid olduğu və onlarca insanın yaralandığı bildirilir.

Təcavüzkar hücumun baş verdiyi zaman binada böyük mübariz komandan, Seyid Fuad Şükrün (Hac Möhsün) qardaşı da olub.Hadisə baş verdiyi vaxtdan sonra mülki xilasetmə qrupları binanın dağıntıları arasından cənazə və yaralılar çıxarmağa başlayıblar.Bildirilir ki, axtarış əməliyyatlarından sonra nəcib və əziz Hərakat komandirinin və hadisə zamanı orda olan digər vətəndaşların taleyi ilə bağlı açıqlamalar elan ediləcəkdir