Qətər Amerikanın təzyiqi ilə HƏMAS-ı ölkədən çıxarır
Sionist rejimin KAN kanalı iddia edib ki, Qətər hazırda bu ölkədə yaşayan HƏMAS rəsmilərinə onların Dohada mövcudluğunu artıq qəbul etmədiklərini və Qətəri dərhal tərk etməli olduqlarını bildirib.
"Reuters" xəbər agentliyinin məlumatına görə, ABŞ-ın yüksək səviyyəli rəsmisi bununla əlaqədar bildirib ki, Qətər rəsmiləri təxminən 10 gün əvvəl HƏMAS-a Dohada daha xoş qarşılanmadıqlarını açıqlayıb.
Amerika rəsmisi deyib: “HƏMAS hərəkatı Amerikanın sionist məhbusların azad edilməsi ilə bağlı son təklifinə qarşı çıxdıqdan sonra Vaşinqton Qətər hökumətinə HƏMAS rəhbərlərinin Dohada olmasının artıq məqbul olmadığını bildirib”.
Amerikalı rəsmi əlavə edib: “HƏMAS liderləri bundan sonra Vaşinqtonun heç bir tərəfdaşının paytaxtlarında olmamalıdır”.
Qətər hökuməti və HƏMAS hərəkatı sionist quruma bağlı media və Amerika rəsmilərinin bu iddialarına hələ də rəsmi cavab verməyib.
Əlbəttə Əl-Məyadin kanalı məlumatlı bir mənbəyə istinadən bildirib ki, sionist medianın Qətərin HƏMAS hərəkatı ilə bağlı mövqeyi haqda iddiası doğru deyil