Doqquz Mərakeş gəmisi Qəzzənin blokadasının sındırılması üzrə beynəlxalq donanmaya qatılıb
Beynəlxalq "Əs-Səmud" donanması Qəzzə blokadasını sındırmaq və humanitar yardımlar çatdırmaq məqsədilə bu bölgəyə doğru hərəkət etməkdədir. Ən son addımda, Mərakeşdən doqquz gəmi bu donanmaya qoşulub. Altı digər gəmi də təchiz olunmaqdadır.
Donanma, Tunis, İspaniya, İtaliya, Amerika, Pakistan, Hindistan və Malayziya kimi müxtəlif ölkələrdən olan gəmilərə şamil olur. Karvanın üzvləri bildiriblər ki, hal-hazırda İtaliya sahillərinin yaxınlığındakı beynəlxalq sulardadırlar və Qəzzəyə çatmağa səkkiz gün qalır.
Avqust ayının üçüncü ongünlüyündən bəri İspaniya, İtaliya və Tunis limanlarından gəmilər bu karvana qoşulublar. Bu, son illər ərzində Qəzzəyə yardım üzrə ən böyük dəniz donanmasıdır. Donanma İsrail rejiminin təhidləri və hücumlarına rəğmən, öz yolunu davam etdirir.
Sionist rejim iki min iyirmi dördüncü ilin martından etibarən, bütün Qəzzə keçidlərini bağlayıb və regionu kəskin qıtlıq və insan böhranı ilə üzləşdirib. İsrail rejiminin iki min iyirmi üçüncü ilin oktyabrında Qəzzəyə qarşı hücumlarının başlandığı zamandan bəri, başlıca olaraq qadınlar və uşaqlar olmaqla altmış dörd mindən çox fələstinli həyatını itirib