Okt 28, 2025 14:13 Asia/Baku
  • Sionist rejim ordusu qərb sahilinə və Qəzzə zolağına qarşı geniş hücuma keçib

Sionist rejim ordusu bu günün səhər saatlarında qərb sahili və Qəzzə zolağının bir neçə nöqtəsində geniş hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar müxtəlif şəhər və kəndlərə qarşı hücumlar, mənzillərin dağıdılması və ya partladılması, fələstinli gənclərlə toqquşma və onların həbs olunmaları ilə müşayiət olunub.

Bu məlumatları yayan Qüds və Fələstin-Əlyəum telekanallarının bildirdiklərinə görə, sionist rejim ordusu Qəzzə zolağında ağır texnikadan istifadə ilə, Qəzzə şəhərinin şərq hissələrindəki mənzilləri dağıdıb.

Fələstin-Əlyəum telekanalının müxbirinin bildirdiyinə görə, əməliyyat zamanı Qəzzə zolağının mərkəzində yerləşən Əlməğazi düşərgəsi və Əlburiyc düşərgəsinin şərq hissələri artilleriya atəşinə tutulublar.