Ənsarullaha qarşı koalisiya yaratmağa çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423132-Ənsarullaha_qarşı_koalisiya_yaratmağa_çalışır
“Associated Press” iki regional rəsmiyə istinadən xəbər verib ki, Səudiyyə Ərəbistanının Yəmən Ənsarullahına qarşı apardığı müharibə fonunda, ölkənin hava hücumundan müdafiə sistemlərində istifadə olunan tutucu raket ehtiyatları azalır və Ər-Riyad yardım almaq üçün regional və Qərb müttəfiqlərinə müraciət edib.
(last modified 2026-09-19T12:29:43+00:00 )
Sen 19, 2026 16:27 Asia/Baku
  •  Ənsarullaha qarşı koalisiya yaratmağa çalışır

“Associated Press” iki regional rəsmiyə istinadən xəbər verib ki, Səudiyyə Ərəbistanının Yəmən Ənsarullahına qarşı apardığı müharibə fonunda, ölkənin hava hücumundan müdafiə sistemlərində istifadə olunan tutucu raket ehtiyatları azalır və Ər-Riyad yardım almaq üçün regional və Qərb müttəfiqlərinə müraciət edib.

Həmin rəsmilər bildiriblər ki, Səudiyyə Ərəbistanı Fransa, İngiltərə, Pakistan və Misirdən raket və pilotsuz uçuş aparatlarına qarşı mübarizəyə yardım məqsədilə bölgəyə hava hücumundan müdafiə avadanlıqları və qüvvələri yerləşdirmələrini xahiş edib.Regional rəsmilərdən biri bildirib ki, Səudiyyə Ərəbistanı “çox çətin vəziyyətdədir”. Çünki bu ölkə təkcə hərbi bazalarını və həyati əhəmiyyətli dövlət obyektlərini qorumaqla kifayətlənməməli, həmçinin ölkə üzrə neft obyektlərinin təhlükəsizliyini də təmin etməlidir.Digər rəsmiyə görə, Səudiyyə Ərəbistanı həmçinin Ənsarullaha qarşı kollektiv cavab tədbiri həyata keçirmək üçün beynəlxalq müttəfiqlərini səfərbər etməyə çalışır.