Ərəbistan meydandakı məğlubiyyətini yalanlarla ört-basdır edə bilməz
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423134-Ərəbistan_meydandakı_məğlubiyyətini_yalanlarla_ört_basdır_edə_bilməz
Səna hökumətinin sözçüsü Ömər əl-Buxeyti qeyd edib ki, Yəmən Səudiyyə Ərəbistanının mövqelərinə qarşı əməliyyatlarını davam etdirir və onun təcavüzlərinə qarşı mübarizə aparır.
(last modified 2026-09-19T12:34:45+00:00 )
Sen 19, 2026 16:29 Asia/Baku
  •  Ərəbistan meydandakı məğlubiyyətini yalanlarla ört-basdır edə bilməz

Səna hökumətinin sözçüsü Ömər əl-Buxeyti qeyd edib ki, Yəmən Səudiyyə Ərəbistanının mövqelərinə qarşı əməliyyatlarını davam etdirir və onun təcavüzlərinə qarşı mübarizə aparır.

O, əlavə edib: “Maarib vilayəti səmasında düşmənçilik əməliyyatları həyata keçiriən Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcı təyyarəsinin vurulması, Ər-Riyadın Yəmənin bombalanmasında iştirak etmədiyi barədə iddialarını rədd edir.Məhəmməd Əl-Buxeyti Səudiyyə Ərəbistanının özünə bağlı silahlı qrupların arxasında gizlənərək törədilən cinayət və təcavüzləri onların üzərinə atmaq cəhdini pisləyib və Yəmən xalqına qarşı təcavüzkar əməllərə görə tam məsuliyyətin Səudiyyə Ərəbistanının üzərinə düşdüyünü bildirib.