Okt 28, 2019 18:03 Asia/Baku
  • Türkiyə ilə sərhəddə Suriya bayrağı dalğalanıb
    Türkiyə ilə sərhəddə Suriya bayrağı dalğalanıb

Suriya ordusunun bəzi bölmələri Dərbasiyyə bölgəsindən Əlhəsəkənin şimal-şərqində yerləşən Amuda bölgəsinə daxil olublar.

Yerli məlumatlara əsasən, Suriya ordusu Əlhəsəkənin şimal-şərqində yerləşən Dərbasiyyədə, yerləşdikdən sonra Türkiyə sərhədləri yaxınlığında qərar tapıb. Suriya ordusu öz döyüş bölmələrini Amudaya göndərib. Amuda Dərbasiyyənin şərqindən 30 kilometr aralıda yerləşir. Bundan əlavə, Suriya ordusunun qüvvələri onlarla kənd və bölgədən keçdikdən sonra özünü Türkiyə sərhədlərinə- Rəəsuləyn-in şimal-şərq ətrafına çatdırıblar.

Suriya bayrağı illər müharibədən sonra Türkiyə sərhədlərində dalğalanıbdır. Suriya ordusu özünü Rəəsuləynin şimal-şərq ətrafına çatdırıb. Bundan əlavə, Rəəsuləynin cənub-şərqindəki bir qrup kəndə daxil olaraq, orada yerləşibdir. Belə bir halda, Suriya ordusu ondan öncə Rəəsuləyn-Təl-Təmər istiqamətində on bir kəndə daxil olmuşdu. Bu arada Rəəsuləynin ətrafında Türkiyə və Suriyanın ordu qüvvələri arasında döyüşlər baş verib. Demokratik Suriya qüvvələri bildiriblər ki, Ankara-Moskva razılaşmasına əsasən, sərhəd bölgələrindən 32 kilometr uzaqlaşacaqlar ki, Suriyanın sərhəd qüvvələri onların yerinə yerləşsinlər. Suriya mediaları bildiriblər ki, Demokratik Suriya qüvvələrinin 45 ağır hərbi avtomobili Amuda yaxınlığındakı "Səncəq Səədun" bölgəsindən geri çəkilərək, Əlhəsəkəyə gedib çıxan beynəlxalq şose yoluna tərəf hərəkət ediblər.