Dek 09, 2019 19:00 Asia/Baku
  • İran və Türkiyənin xarici işlər nazirləri məşvərət ediblər
    İran və Türkiyənin xarici işlər nazirləri məşvərət ediblər

İranın xarici işlər naziri “İstanbul prosesi-Asiyanın mərkəzi” konfransının kənarında İstanbulda Türkiyənin xarici işlər naziri ilə görüşüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ikitərəfli münasibətlərin müxtəlif cəhətləri, ən vacib regional və beynəlxalq məsələlər. o sıradan Suriyadakı siyasi proses üzrə son olaylar, İraq və Əfqanıstanın şəraiti və iki tərəfi maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Səkkizinci dövrü bu gün keçirilən “İstanbul prosesi-Asiyanın mərkəzi” konfransı Əfqanıstanın mehvər olması, Türkiyənin səyi və Kabil qarşısında regional əməkdaşlıqların genişləndirilməsi məqsədilə İran, Türkiyə və Əfqanıstan daxil olmaqla on dörd ölkənin iştirakı, həmçinin 17 ölkənin və bir neçə beynəlxalq təşkilat və orqanın himayəsilə 2011-ci ildə işə başladı.