May 16, 2020 02:24 Asia/Baku
  • Türkiyədə COVID-19-la bağlı son statistika: 4055 ölü

Ötən sutka ərzində daha 48 xəstənin ölümü ilə bu ölkədə koronavirusdan ölənlərin sayı 4055 nəfərə çatıbdır.

SəhərAzəri xəbər verir, Türkiyənin səhiyyə naziri dünən gecə bildirib ki, ötən sutka ərzində daha 48 xəstənin ölümü ilə bu ölkədə koronavirusdan ölənlərin sayı 4055 nəfərə çatıbdır.

Fəxrəddin Koca həmçinin bildiribdir ki, ötən sutka ərzində Türkiyədə 1708 yeni yoluxma halının qeydə alınması ilə bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 146 min 457 nəfərə çatıbdır.

Rəsmi adı COVID-19 olan yeni koronavirus növü ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib və hazırda Çindən əlavə, təqribən bütün dünya ölkələrinə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ-yə sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada 4 milyon 584 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan təqribən bir milyon 736 min nəfər sağalıb, azı 305 nəfər isə həyatını itiribdir.

TÜRKİYƏDƏ COVID-19-LA BAĞLI SON STATİSTİKA: 146457 YOLUXMA VƏ 4055 ÖLÜM

Teqlər