İyul 03, 2020 13:14 Asia/Baku
  • Türkiyədə fişəng istehsal edən fabrikdə partlayış olub

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, yerli vaxtla saat 11:15-də Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub.

Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur. 

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Teqlər