İyul 28, 2020 22:10 Asia/Baku
  • Türkiyədə koronavirusdan bu gün 15 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 47 412 şübhəli koronavirus testindən keçib, onlardan 963-nün cavabı pozitiv çıxıb, bu gün daha 1092 xəstə sağalıb.

Türkiyədə indiyədək 227 982 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5645 nəfər ölüb, 211 561 nəfər müalicə olunaraq evə buraxılıb. 

Nazir bildirib ki, son bir ay ərzində ölüm sayı ilk dəfə 15-dək enib.

Image Caption

 

 

Teqlər