Türkiyədə zəlzələ olub
Sen 16, 2020 19:15 Asia/Baku
Bu gün Türkiyənin Muş vilayətinin Qorqud rayonunda 4,7 bal gücündə zəlzələ olub.
SəhərAzəri xəbər verir, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, zəlzələ yerli vaxtla 17.48-də 16.24 kilometr dərinlikdə baş verib, təkanlar ətraf bölgələrdə də hiss edilib.
Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.