Noy 29, 2020 21:18 Asia/Baku
  • Türkiyəyə palçıq yağıb

Türkiyənin Muğla şəhərində palçıq yağışı müşahidə olunub,əhaliyə xəbərdarlıq edilib.

SəhərAzəri Axar-a istinadən xəbər verir ki, xüsusən Muğlanın Bodrum mahalında havanın qəfildən qaraldığı, toz-dumandan sonra yağan yağışın palçıq şəklində yerə düşdüyü bildirilib.

Qeyd edilib ki, Afrikanın şimalından gələn qum fırtınaları nəticəsində meydana gələn palçıq yağışları tənəffüs xəstəliklərindən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.

Teqlər