Yan 03, 2021 15:53 Asia/Baku
  • Ərdoğan: Aya Sofyanın məscidə çevrilməsi ilin ən əhəmiyyətli qərarı idi

Türkiyə prezidenti İstanbuldakı Aya Sofya Muzeyinin statusunun məscidə dəyişdirilməsi üzrə qalmaqallı qərarı "2020-ci ilin ən mühüm qərarı" adlandırıb.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyib Ərdoğan yeni milad İli münasibətilə etdiyi çıxışında Aya Sofiyanın muzeydən məscidə çevrilməsinin önəmi barədəki qərarına işarə ilə, ölkəsinin ümumdünya səhiyyə böhranı ilə qarşılaşmadakı nailiyyətlərinə toxunub.

O, bu haqda belə deyib: Bütün dünyanı bürümüş koronavirus pandemiyasına rəğmən, Türkiyə ötən il heç bir xidməti əsirgəmədi.

Türkiyə prezidenti 2020-ci il iyulun onunda məhkəmənin Aya Sofyanın ötən əsrin otuzuncu onilliyinin ortalarında muzeyə çevrilməsinin qanunsuz olmasına dair hökmündən sonra bu min beş yüz illik tarixi abidənin məscidə çevrilməsi haqda fərman imzaladı.

Türkiyənin xarici işlər naziri son zamanlar dedi ki, Aya Sofya məscidinin yenidən açılması daxili bir məsələdir. O, vurğuladı ki, bu sahədə xarici müdaxilə qəbuledilməzdir.

Amerika, Fransa, həmçinin Yunanıstan ortodokslarının rəhbəri və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı- YUNESKO Ankaranın bu hərəkətinə qarşı çıxdılar.

Teqlər