Fev 23, 2021 17:55 Asia/Baku
  • Türkiyə və Azərbaycan Respublikasının müəllim və şagirdləri arasında virtual görüş olub

Türkiyə və Azərbaycan Respublikasının müəllimləri və şagirdləri arasında virtual görüş keçirilib.

SəhərAzəri xəbər verir, Türkiyənin Edirnə şəhərinin Milli Təhsil İdarəsi bir bəyanatda bildirib ki, bu ölkə ilə Azərbaycan Respublikasının şagirləri "«eTwinning" proyekti çərçivəsində və "Qarabağdan Edrinəyə qədər,  ürəklər arasında bir körpü" adı altında onlayn görüş keçiriblər.

Bəyanata əsasən, bu görüş Türkiyə və Azərbaycandan olan 10 müəllimin iştirakı ilə açılıb və bu proqramdan məqsədin Qarabağ Və Edrinənin mədəni irsinin gələcək nəsillərə tanıdılması və iki ölkə arasındakı qardaşlığın əhəmiyyətinin bəyan edilməsi olduğu bildirilib.

Bu virtual görüşdə Edrinənin simvolu olan boyaqotu və Qarabağ atlarının təqdimatı olub və bunların yetişdirilməsi üsulları və 23 aprel Milli Suverenlik Günü və Uşaqlar Günü ilə əlaqəli proqramlar müzakirə edilib.

Teqlər