Mart 01, 2021 08:08 Asia/Baku
  • Çevrilişə qarşı konstitusiya Türkiyə dövlətinin yeni tələbidir

Türkiyə hökuməti bu ölkədə çevrilişə qarşı olan yeni konstitusiyanın hazırlanmasına çağırıb.

SəhərAzəri xəbər verir ki, Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın bazar günü etdiyi çıxışında deyib: "Türkiyə daha yaxşı Konstitusiyaya layiqdir; Hansı ki, hərbi çevriliş başda olmaqla siyasi prosesdə bütün qeyri-demokratik müdaxiləçi cəhdləri zərərsizləşdirə bilsin".

İbrahim Kalın əlavə edib: "Türkiyədə hər dəfə çevriliş baş verib, ölkənin inkişafı ləngiyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkədə yeni konstitusiyanı müzakirə etmək vaxtının gəlib çatdığını söyləyib.

Teqlər