Apr 05, 2021 14:45 Asia/Baku
  • Türkiyə soyqırımın tanınmaması üçün Ağ Evlə gizli müzakirələr aparır

Türkiyə hökumətinin tərəfdarı olan Sabah xəbər saytının məlumatına görə, 24 aprel ərəfəsində Ankara ABŞ-la gizli diplomatiyaya başlayıb. Ankara, ABŞ prezidenti Co Baydenin o gündə "erməni soyqırımı" ifadəsini istifadə edəcəyinə dair Vaşinqtonun siqnallarından narahatdır.

SəhərAzəri xəbər verir ki, Keçən həftə Türkiyə Prezident Administrasiyasının sözçusu İbrahim Kalın ABŞ prezidentinin təhlükəsizlik müşaviri Cək Sullivan ilə görüşüb və Türkiyənin baxışlarını ABŞ rəsmisinə belə təqdim edib: 

1-Bu hadisəni soyqırım adlandıran heç bir qanun yoxdur. Kalının dediyinə görə, Ruanda və Srebrenitsa kimi bunun üçün də məhkəmə qərarı tələb olunur.

2-"Soyqırım" termini 1948-ci ildə ortaya atılıb.

3. Baydenin "soyqırım" sözünü istifadə etməsi ABŞ-Türkiyə münasibətlərində problemlər yaradacaq.

4-Qafqazın yeni proseslərinə xələl yaranacaq. Kalın qeyd edib ki, Qafqazda yeni bir nizam yaranır.

Teqlər