May 25, 2021 15:09 Asia/Baku
  • Türkiyədə müxalif partiyalar daxili işlər nazirinin istefasını tələb ediblər

Türkiyə Səadət Partiyasının sədri bir sıra korrupsiya ittihamının irəli sürülməsinə görə, bu ölkənin daxili işlər nazirinin istefa verməsini tələb edib.

 SəhərAzəri-nin məlumatına əsasən,Temel Karamollaoğlunun Süleyman Soylunun istefasını tələb etməsi fonunda qeyd edək ki, ötən həftələrdə mafiya və maliyyə rüsvayçılığı Türkiyədə əsas mövzu olubdur.

2020-ci ilin yanvarında ölkədən qaçmış Türkiyə mafiyasının başçısı Sedat Peker bundan öncə hakim partiyanın qanunvericilərindən bəzilərilə dərin əlaqələrə malik olub. O, YouTube-dakı kanalında bir neçə video-çarx paylaşıb və Türkiyənin yüksək vəzifəli şəxslərini cinayətlər və korrupsiyada əllərinin olmasında ittiham edib.

«Bu ittihamlara görə, konkret şəxslər, xüsusən daxili işlər naziri istefa verməlidirlər və dərhal bir məhkəmə prosesi başlamalıdır. Əgər onlar istefa verməzlərsə, prezident tərəfindən kənarlaşdırılmalıdırlar»-deyə Temel Karamollaoğlu vurğulayıb.

Teqlər