May 28, 2021 15:49 Asia/Baku
  • Türkiyədə neft mənbələri kəşf edilib

Türkiyə prezidenti bu ölkədə üç neft yatağının kəşf olunmasını təsdiq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyıb Ərdoğan bildirib ki, cənub-şərqdə yerləşən Diyarbəkir vilayətində iki, şimal-qərbdə yerləşən Kırklareli vilayətində də bir neft yatağının kəşf olunması ilə orta hesabla gündəlik neft hasilatı 62 min barrelə çatacaq.

Ərdoğan Türkiyədə gündəlik neft hasilatının artımını 6800 barrel elan edib.

Türkiyə keçən il bu ölkədə ən iri qaz yatağının kəşf olunmasından xəbər verdi. Bu qaz yatağının ehtiyatı 405 milyard kubmetr dəyərləndirilibdir.

Teqlər