May 31, 2021 14:33 Asia/Baku
  • 1162 PKK-çı oldürülüb

Türkiyə müdafiə nazirliyi bu ölkə ordusunun daxili və sərhədaşırı əməliyyatlarında PKK qüvvələrindən yüzlərlə nəfərin öldürüldüyünü təsdiq edib.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə müdafiə nazirliyinin ictimai əlaqələr bölməsinin zabiti, mayor Pinar Kara bir mətbuat konfransında, cari ildə, sözdə terror qrupları ilə mübarizə əməliyyatları barədə deyib ki, yanvarın birindən bəri PKK qüvvələrindən 1162 nəfər daxildə və ölkə xaricində öldürülüb.

Kara bildirib ki, bu müddətdə Türkiyənin daxili və xaricində 181 əməliyyat keçirilib.

O, Feto qrupu adlandırılan Fəthullah Gülən qrupu ilə bağlı hərbçilər barədəki təhqiqatların davam etməsinə toxunaraq, deyib ki, Feto qrupu ilə mübarizə davam edir.

2016-cı il iyulun 15-dən bu terror qrupu ilə bağlı hərbçilərdən 24 min 417 nəfər ordudan çıxarılıb, iki min 493 hərbçi barədə də təhqiqatlar davam edir.

Türkiyə ordusunun PKK qüvvələri ilə mübarizə bəhanəsilə Suriyaya və İraqa qarşı hərbi müdaxiləsi bu iki ölkənin etirazına rəğmən davam edir.

Ankara PKK-nı terror qrupları siyahısında qərar veribdir.

Teqlər