İyul 22, 2021 15:29 Asia/Baku
  • Türkiyə-Azərbaycan Respublikası qaz boru kəməri
    Türkiyə-Azərbaycan Respublikası qaz boru kəməri

Türkiyənin energetika və təbii sərvətlər naziri Türkiyə-Azərbaycan Respublikası qaz boru kəməri inşasının ilk etapının başa çatdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fateh Dönməz deyib ki, Türkiyə-Azərbaycan Respublikası qaz boru kəməri inşasının hazırlıq işləri başa çatıb.

O, bildirib ki, hazırda Türkiyə azərbaycanlı tərəfin bəzi texniki informasiyalar ilə bağlı təsdiqini gözləyir.

Dönməzin dediyinə görə, ondan sonra boru kəmərinin inşası və qaz nəqli üzrə əsas mərhələ başlanacaq.

2020-ci il dekabrın 15-də Azərbaycan Respublikası ilə Türkiyə Naxçıvan-İğdır qaz boru kəməri layihəsi barədə memorandum imzaladılar.

Bu boru kəmərinin tutumu, ildə beş yüz milyon kubmetr hesablanıbdır.

 

Teqlər