Noy 19, 2021 20:07 Asia/Baku
  • İzmirdə aksiya
    İzmirdə aksiya

Türkiyənin İzmir şəhərində bəzi həmkarlar ittifaqlarının üzvləri inflyasiyanın kəskin tərzdə artması və ondan irəli gələn məişət problemlərinə görə, küçələrə çıxıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Minlərlə türkiyəli fəhlə «Dolana bilmirik!» şüarı ilə küçələrə axışıb.

Onlar «İş, çörək, azadlıq!», «Saraya yox, təqaüdçüyə büdcə!», «Həmkarlar ittifaqı kapitalizmi məğlub edəcək!», «Hökumət istefa versin!» və «İnsan kimi bir hüquq istəyirik» kimi şüarlar veriblər.

Aksiyaçıların bəyanatında belə deyilir: Sabah hansı şeylər bahalaşacaq? Hər gün əriyib gedən maaşla necə yaşaya bilərik? Bir də ki, qarşıdan gələn qara qışı necə başa vura biləciyimizi bilmirik. Hər gün işsizlik artır.

 

Teqlər