Noy 20, 2021 15:40 Asia/Baku
  • Türkiyə qəzetlərinin əsas başlıqları: Yoxsulluq və inflyasiya

Türkiyədə iqtisadi böhran/ xalqın daha da yoxsullaşması və inflyasiya göstəricisinin artmasını/ Türkiyə qəzetlərinin əsas başlıqlarına çeviribdir.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə qəzetləri bu gün çörək və benzinin bahalaşması, bu ölkə xalqının daha da yoxsullaşması barədə statistikaları öz əsas başlıqları kimi seçiblər.

«Benzin bahalaşdı» başlığı «Cümhuriyyət» qəzetinin ilk səhifəsində qərar tapıb.

«Sözçü» qəzeti də «Yoxsul ailələrin sayı artıb» başlığı altında bir xəbər dərc edib.

«Yeniçağ» qəzeti tənqidi bir reportajda yazıbdır ki; «hökumət işlərə nəzarəti itirib.»

ABŞ dolları qarşısında Türkiyə lirəsinin məzənnəsinin azalması dünən tarixi bir rekorda çatıb və hər ABŞ dolları on birdən çox Türkiyə lirəsi ilə dəyişdirilib.

Lirənin dəyər itirməsi, inflyasiya, işsizlik və nəticə etibarı ilə Türkiyə xalqının daha da yoxsullaşması Rəcəb Tayyıb Ərdoğanın reytinqinin kəskin tərzdə tənəzzül etməsinə gətirib çıxarıbdır.

Bir çox ekspert və tənqidçinin nöqteyi-nəzərincə, hökumətin vəziyyətin yaxşılaşması üzrə ciddi-cəhdi, durumu daha da pisləşdiribdir.

Teqlər