Noy 24, 2021 11:20 Asia/Baku
  • Türkiyədə etiraz aksiyaları keçirildi

Türk lirəsinin məzənnəsinin düşməsi fonunda Türkiyənin bir sıra şəhərlərində, o cümlədən İstanbul və Ankarada etiraz aksiyaları keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, nümayişçilər, əsasən Rəcəb Təyyib Ərdoğan hökumətinin istefasını tələb edən şüarlar səsləndirib, bəziləri də hakim Ədalət və İnkişaf Partiyasının hakimiyyətdən uzaqlaşdırılmasını istəyiblər.  

Aksiya iştirakçıları arasında yerli tələbələrin də olduğu qeyd edilir. 

Məlumatda qeyd olunur ki, ictimai asayişi qorumaq üçün polis əməkdaşları nümayiş keçirilən ərazilərə gəliblər. Bir sıra etirazçıların həbs olunduğu bildirilir.

Türk lirəsinin öz dəyərini sürətlə itirməsinə reaksiya olaraq müxalifət partiyaları ölkədə növbədənkənar yox, təcili seçkilərin keçirilməsinə çağırıblar. 

Bu barədə keçmiş xarici işlər nazirləri Əhməd Davudoğlu və Əli Babacan çıxıç ediblər. Babacan hətta üstəlik AK Partiyanı və prezident Ərdoğanı yaranmış valyuta böhranının təqsirkarı adlandırıb. 

Teqlər