Noy 25, 2021 15:23 Asia/Baku
  • Lirə
    Lirə

Türkiyənin sabiq iqtisadiyyat naziri bu ölkə iqtisadiyyatının əsas problemini iqtisadi sistemin faydasız və qüsurlu mexanizmi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Doktor İşen Çələbi Cümhuriyyət qəzetilə müsahibədə deyib ki, Türkiyə mərkəzi bankı tərəfindən bank faizi məzənnəsinin on beş faizə azaldılması lirənin dəyərinin düşməsinin yeganə amili deyil.

Çələbi sonra belə söyləyib: Beynəlxalq maliyyə və iqtisadi böhrandan əlavə, daxili iqtisadi mexanizm problemləri də mövcuddur. Son bir neçə ildə xarici sərmayənin Türkiyəyə girişi dayandırılıb və benzin kimi beynəlxalq böhran daxili böhran alovuna rəvac verir. Faiz məzənnəsinin azalması uzaq perspektivdə Türkiyə iqtisadiyyatına müsbət təsir göstərməyəcək və belə bir təfəkkür tərzi yanlışdır.

Bank faizi məzənnəsinin azalması və Türkiyə lirəsindən dollara tərəf qaçışı artıracaq və maliyyə tarazlığını pozacaq. Hesablamalar dəyişdirilməlidir və ölkənin ümumi büdcəsinin təyini siyasəti də yetərsizdir.

Türkiyənin sabiq iqtisadiyyat naziri söyləyib: Türkiyədəki hazırkı iqtisadi və valyuta böhranı 1978-1979-cu illərdəki maliyyə və valyuta böhranına bənzəyir. Hamı ən yaxşı həll yolunu icra etməyə çalışır. Amma əsas problem, Türkiyənin iqtisadi sisteminin faydasız və qüsurlu mexanizmindən mənşə alır.

 

Teqlər