Yan 01, 2022 12:23 Asia/Baku
  • Normallaşmada Azərbaycan amili nəzərə alınmaya bilər

Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması cəhdində xarici amildir.

SəhərAzəri-nin məlumatına əsasən, Londonda nəşr olunan Arab Weekly həftəlik məcmuəsi bidirir ki, son həftələrdə Türkiyə və Ermənistanın ilk dəfə münasibətləri normallaşdırmağa çalışdığına dair açıqlamalar ən azı müəyyən barışıq ümidini yaradıb. Aydın səbəblərə görə, uğur şansları ilə bağlı böyük şübhə var, lakin hər bir ölkə üçün xüsusi nümayəndələrin təyin edilməsi müəyyən irəliləyişdən xəbər verir. 

Neil Houern-in qələmə aldığı məqalədə sonra deyilir: İrəvan və Ankaranın əsrlər boyu davam edən qarşılıqlı ittihamlarından daha çox o prosesi poza biləcək başqa bir xarici amil də var. Belə ki, Bakı Ermənistanla Türkiyə arasında dayanır. Lakin prezident Ərdoğana yaxın olan bir sıra türk rəsmiləri Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan ediblər, İrəvanda isə baş nazir Nikol Paşinyan və başqaları Ermənistanın ilkin şərt olmadan problemləri həll etməyə hazır olmaları ilə bağlı çoxdankı mövqeyini bir daha təsdiqləyiblər.

Məqalədə daha sonra deyilir: Görünürdü ki, məsələ irəliləməyə hazırdır, lakin irəliləyiş üçün bütün ümidlərin dayanacağı açıqlanmayan bir şərtlə. Ümumiyyətlə, Türkiyə Azərbaycana nə dərəcədə tabe olmaq istəyəcək? 2008-ci ildə İrəvan və Ankara Azərbaycanın Türkiyəyə təzyiqləri uğursuzluğa düçar olana qədər sərhədlərin açılması ilə bağlı bir sıra danışıqlara başladılar. Amma bu dəfə Türkiyə hətta Bakının qoyduğu məhdudiyyətlərə zidd olaraq Ermənistanla münasibətlərə girəcəyini açıq şəkildə bəyan edir.

Teqlər