May 04, 2022 14:21 Asia/Baku
  •  iqtisad
    iqtisad

Türkiyədə aparılmış rəy sorğusu bu ölkə xalqının öz ölkəsinin iqtisadi durumundan nigaran olmasından söz açır.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə xalqı aylar öncədən pis günlər keçirir. Türkiyədə iqtisadi böhran lirənin dəyərinin azalmasından başlandı və inflyasiya, işsizlik və bunun ardınca da yoxsulluq və təbəqələrarası fərqin artması ilə davam etdi.

İndiyədək Rəcəb Tayyıb Ərdoğanın iqtisadi durumun yaxşılaşmasına dair bütün tədbirləri və əlbəttə ki, bütün vədləri uğursuz qalıbdır.

Aparılmış rəy sorğusu göstərir ki, Türkiyə xalqının demək olar ki, böyük bir hissəsi ölkəsinin iqtisadi durumu ilə bağlı pis baxışa malikdir.

İpsus müəssisəsinin dünyanın 27 ölkəsinin xalqlarının öz ölkəsinin iqtisadi vəziyyətilə bağlı baxışı barədəki rəy sorğusundan əldə olunan nəticələrə əsasən, Türkiyə xalqının nöqteyi-nəzərincə, bu ölkə pis iqtisadi vəziyyətdədir.

İpsus-un məlumatına görə, Türkiyə xalqının 82 faizi bu ölkənin iqtisadi vəziyyətini pis adlandırır.

2022-ci ilin aprel ayında aparımış rəy sorğusunda Türkiyə vətəndaşlarının 58 faizi başlıca olaraq, inflyasiya və yoxsulluqdan nigaran olduğunu bildiribdir.

Bu rəy sorğusunda Türkiyə, xalqın inflyasiya göstəricisindən nigaran olması baxımından Argentinadan sonra ikinci yerdə durub.

Türkiyədə inflayasiyadan olan nigarançılıq o həddədir ki demək olar ki, cəmiyyətin bütün təbəqələrinin diqqətini özünə tərəf yönəldibdir.

İpsus-un məlumatına görə, Türkiyə xalqının təkcə səkkiz faizi iqlim böhranını özünün əsas nigarançılığı kimi təqdim edibdir.

Teqlər