May 07, 2022 07:40 Asia/Baku
  • Türkiyədə iqtisadi böhran kəskinləşir - TƏHLİL

İqtisadi böhran və məişət problemləri artdıqca Türkiyə xalqının problemləri daha da şiddətlənir.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə xalqı Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlişindən bəri ən pis şəraitdə yaşayır. Bu baxımdan 70 faiz inflyasiya ilə Türkiyə son iyirmi ildə ən yüksək inflyasiyanı təcrübə edir. Lakin son iki ildə Türkiyədə iqtisadi vəziyyət bu ölkənin əhalisi üçün xeyli çətinləşib və inflyasiyanın yüksək tempi bəzi şəhərlərdə insanların daha ucuz çörək almaq üçün uzun növbələrə dayanmasına səbəb olub, çünki çörəyin qiyməti təqribən 3 qat bahalaşıb. Ölkədə iqtisadi böhran davam etdikcə bir çox Türkiyə vətəndaşının işıq, qaz, telefon və su pulunu ödəməsi çətinləşir. Ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu xalqla həmrəylik əlaməti olaraq kommunal xidmətlərin qəbzini ödəməkdən imtina edib. Şübhə yoxdur ki, Türkiyə Xalq Cümhuriyyəti başqanının bu hərəkəti sırf “təbliğat” və xalqın səsini qazanmaq məqsədi daşıyıb, lakin bu, Türkiyədə iqtisadi böhranın bir il əvvəlkindən qat-qat ciddi olduğunu göstərir. Elektrik enerjisi və qaz ödənişləri ağır vəziyyətdədir və bu xərclərin məişət istehlak səbətində xüsusi çəkiyə malik olması əhalinin ümumi gəlirinin 20-30 faizini təşkil edir ki, bu da yüksək rəqəmdir.

Beləliklə də prezident Ərdoğanın Türkiyənin iqtisadi vəziyyətini yaxşılaşdıracağına, faizlərin aşağı salınacağına dair verdiyi bütün vədlərin boş çıxır, milli valyutanın möhkəmlənməsindən xəbər yoxdur.

Əslində Türkiyədə milli valyutanın devalvasiyası və eyni vaxtda inflyasiya səviyyəsinin artmasının bir çox mənası var ki, bunun ən mühüm mənası işçilərin gəlirlərinin azalmasıdır. Bu isə o deməkdir ki, maaşını türk milli valyutası ilə alanların hamısı gəlirlərinin təxminən 70%-ni itiriblər. Bu arada hökumətin öz şərtlərini Türkiyə bank sisteminə tətbiq etməsi ölkədə bank böhranının yarana bilməsini qaçılmaz edir.  

Türkiyənin tanınmış iqtisadçısı Cəm Uzan bu haqda deyib ki, “2022-ci ildə Türkiyəni böyük bank böhranı gözləyir”.

Bu kontekstdə türk xalqını daha çox narahat edən məqam Ukrayna müharibəsi və əmtəə qiymətlərindəki artımdan sonra Türkiyənin illik inflyasiya səviyyəsinin əhəmiyyətli dərəcədə artmasıdır. Bununla əlaqədar olaraq, Türkiyə Həmkarlar İttifaqı Konfederasiyasının prezidenti Ergün Atalay qiymət artımını qarşılamaq üçün minimum əmək haqqının aylıq tənzimlənməsinə çağırıb. Amma Türkiyə hökuməti indiyədək iqtisadçıların, bank şəbəkələrinin və hətta müxalifət partiyalarının məsləhətlərinə qulaq asmaqdan imtina edib. Ona görə də, çətin ki, Ərdoğan hökuməti minimum əmək haqqını aylıq tənzimləməyə razı olsun.

Hər halda Türkiyədə lirənin devalvasiyası və 70%-lik inflyasiya insanları daha da yoxsullaşdırıb. Belə bir şəraitdə əhali yüksək qiymətlərlə və təbii ki, enerji daşıyıcılarının qıtlığı ilə üzləşirlər. Bu səbəbdən elə bir gün yoxdur ki, Türkiyə qəzetləri yoxsulluqdan, bahalaşmadan xəbər dərc etməsin.

Teqlər