May 25, 2023 19:34 Asia/Baku
  • Cənab İlham Əliyev, xahiş edirəm Türkiyədəki seçkilərə müdaxilə etməyin

Türkiyənin Bolu Böyükşəhər Bələdiyyə başçısı Tanju Özcan deyib: "Azərbaycan prezidentimizə səslənirəm; Cənab İlham Əliyev, xahiş edirəm Türkiyədəki seçkilərə müdaxilə etməyin. R.T. Ərdoğan bir çox mövzuda sizinlə fərqli düşünən liderdir. Məncə, bəzi azərbaycanlı siyasətçilər AKP-nin xeyrinə siyasi propaqanda aparırlar".

SəhərAzəri-nin məlumatına əsasən, "Azərbaycan Cümhuriyyəti və Türkiyə Cümhuriyyətinin bayraqları yan-yana masamın üzərində dayanmış şəkildə, ofisimdə qonaqlarımı qarşılayan əsl türk millətçisi olan qardaşınız kimi sizin etdiyiniz işin düzgün olmadığını xatırlatmaq istəyirəm. Bu hərəkətlər Türkiyədəki Atatürk millətçilərini hədsiz dərəcədə üzdüyünü bildirmək istəyirəm. Seçkilərə qarışmadığınızı Türkiyə və dünya ictimaiyyətinə bildirin!", - deyə o, əlavə edib.

Türkiyəli ziyalılar Azərbaycana hakim kəsilmiş quruluşu diktatura adlandırıb, tənqid edirlər. Türkiyəli yazar Turqut Ər " azadlığdan tiranlığa" kitabında Əliyev rejimini azadlığı boğmaqda ittiham edir və faktlar səsləyir.

Teqlər