Türkiyədə onlarla alman saxlanılıb
Türkiyə dövləti əvəzini çıxma xarakteri daşıyan təşəbbüsdə 44 Almaniya vətəndaşını həbs edib.
İRNA-nın verdiyi məlumata görə, Almaniya dövlətinin türkiyəli zabitləri Ankaraya təhvil verməkdən çəkinməsinin ardınca Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, Türkiyədə saxlanılan Almaniya vətəndaşları Türk zabitlərin Berlin tərəfindən Ankaraya təhvil verilməyincə azadlığa buraxılmayacaq.
Türkiyə Almaniyaya qaçan zabitlərin Gülənçi olduqunu və İyul ayında uğursuz dövlət çevrilişində iştirak etdiklərini bildirir.
Müxalifətdə olan Yaşıllar Partiyasının türk üzvü və Almaniya parlamentinin üzvü Özkan Mutlu Türkiyədə saxlanılan Almanların sayının nigaranlıq doğurduğunu bildirib və rəsmi Berlindən lazımı təşəbbüslər həyata keçirməsini istəyib.
Almaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə Türkiyədə dövlət çevrilişinə cəhd əməliyyatından indiyədək yüzlərlə türkiyəli rəsmi, diplomat, hakim və hərbçi Almaniya dövlətindən sığınacaq istəyib.
Türkiyə dövləti Almaniyaya sığınan çevrilişdə şübhəli bilinənlərin bu ölkəyə qaytarılmasını istəyib, bu da son aylar ərzində Almaniya ilə Türkiyə əlaqələrinə kölgə salıb.