Türkiyə terrorizmlə mübarizədə İraqla həmkarlığa öz hazırlığını bildirib
Türkiyə prezidenti terrorizmlə mübarizə sahəsində İraqla həmkarlığa hazır olmasından xəbər verib.
Rəcəb Tayyıb Ərdoğan Ankarada İraqın baş naziri Heydər Əlibadi ilə birgə mətbuat konfransında deyib: Sərhəd keçidləri barədə əlaqə saxlama davam edir və neft boru kəməri məsələsi daxil olmaqla bu istiqamətdə İraqın mərkəzi dövləti ilə səmərəli addımlar atılıb.
Türkiyə prezidenti həmçinin ölkəsinin İraqla doqquz milyard dollarlıq ticarət mübadilələrinə işarə edərək, onun yüksəldilməsi üzrə səyin artırılmasını vurğulayıb.
İraqın baş naziri də bu birgə mətbuat konfransında deyib: Regiondakı çəkişmələrə son qoymaq üçün bir-birimizlə həmkarlıq etməyin vaxtı gəlib çatıbdır.
Əlibadi söyləyib: Bizim vəzifəmiz, ölkənin birliyini qorumaq və bütün regionu hədələyən separatçılığın qarşısını almaqdır.