Türkiyə Qara dənizdə qaz yatağı kəşf edib
https://azeri.sahartv.ir/news/türkiyə-i366271-türkiyə_qara_dənizdə_qaz_yatağı_kəşf_edib
Türkiyə Qara dənizdə 20 il ehtiyaclarını ödəyə biləcək təbii qaz yatağı kəşf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2020 05:10 Asia/Baku
  • Türkiyə Qara dənizdə qaz yatağı kəşf edib

Türkiyə Qara dənizdə 20 il ehtiyaclarını ödəyə biləcək təbii qaz yatağı kəşf edib.

SəhərAzəri Reuters-ə istinadla xəbər verir, "Tuna 1" yatağının ehtiyatlar 800 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bu, Türkiyənin təxminən 20 il qaz ehtiyacını ödəyəcək.

Qeyd edək ki, cari ilin iyulun sonundan etibarən "Fatih" qazma gəmisi Türkiyənin Qara dəniz sahillərindən şimalda yerləşən "Tuna 1" kəşfiyyat zonasında işləyir.

Qaz hasilatının başlanması 7-10 il çəkə bilər ki, bunun üçün təxminən 2-3 mlrd. ABŞ dolları həcmində investisiya lazım olacaq.