Fev 18, 2021 21:17 Asia/Baku
  • Ərdoğan PKK ünsürlərilə mübarizədən danışıb

Türkiyə prezidenti ötən beş ildə nəzərəçarpacaq sayda PKK üzvünün məhv edildiyini bildirib.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan bu gün Ankarada Türkiyə nazirlər kabinetinin iclasında deyib: 2015-ci ilin iyulundan bəri bütövlükcdə on iki min 900 nəfərdən çox PKK üzvü öldürülüb.

Həmçinin PKK ünsürləri tərəfindən on üç Türkiyə vətəndaşının öldürüldüyünü bildirən Rəcəb Tayyıb Ərdoğan müxalif partiyaların rəhbərlərinin sözləri barədə belə deyib: Heç bir qeyd-şərt olmadan bu terror qrupunu pisləməyən bir kəs özünü bu ölkənin partiyası və siyasətçisi kimi göstərə bilməz.

Türkiyə prezidenti vurğulayıb ki, terrorizmlə mübarizə mövzusu milli bir məsələdir və gündəlik dava-dalaşlardan və siyasi fikir ayrılıqlarından uzaq bir şəkildə diqqət mərkəzinə alınmalıdır.

Teqlər