Türkiyə S-400-dən imtina etməyəcək
Mart 23, 2022 15:25 Asia/Baku
"Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etməyəcək". Bu bürədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
SəhərAzəri-nin məlumatına əsasən, İsmayıl Dəmir qeyd edib ki, bu məsələ Türkiyə tərəfi üçün müzakirə mövzusu deyil:
“Bu məsələ əvvəllər də müzakirə olunub və indi biz Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü müəyyən edə bilər”, - Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
Teqlər