“3+3” platformasının növbəti iclası keçiriləcək
https://azeri.sahartv.ir/news/türkiyə-i389919-3_3_platformasının_növbəti_iclası_keçiriləcək
“3+3” əməkdaşlıq platformasının növbəti iclası ən qısa zamanda keçiriləcək.Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 08, 2022 09:19 Asia/Baku
  •  “3+3” platformasının növbəti iclası keçiriləcək

“3+3” əməkdaşlıq platformasının növbəti iclası ən qısa zamanda keçiriləcək.Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Rusiya XİN rəhbəri ikinci iclasın vaxtının açıqlanacağını bildirib.

Lavrov, “3+3” əməkdaşlıq platformasının qapısının Gürcüstana hər zaman açıq olduğunu bir daha bəyan edib.

3+3 əməkdaşlıq platforması Azərbaycan Respublikası, Ermənistan və Gürcüstandan ibarət 3 Qafqaz ölkəsi üstəgəl bu regionun 3 qonşusu olan İran, Türkiyə və Rusiyadan ibarətdir.

3+3 əməkdaşlıq platformasının moskvada keçirilən ilk iclasına Gürcüstan qatılmasa da Rusiya və digər tərəfdaşlar platformanın Gürcüstanın qatılmasına hər zaman açıq olduğunu vurğulayırlar.