Rusiya və Türkiyə qaz tədarükündə dollardan imtina ediblər
https://azeri.sahartv.ir/news/türkiyə-i391890-rusiya_və_türkiyə_qaz_tədarükündə_dollardan_imtina_ediblər
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünün rublla ödənilməsinə razılaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2022 06:23 Asia/Baku
  • Rusiya və Türkiyə qaz tədarükündə dollardan imtina ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünün rublla ödənilməsinə razılaşıblar.

SəhərAzəri-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına dair bildirib.

 “Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükününün vacib komponenti müzakirə olunub. Danışıqlar əsnasında prezidentlər razılaşdırdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, - Novak bildirib.