May 20, 2020 19:49 Asia/Baku
  • Silahlı müqavimət sionistlərin fitnələrilə yeganə mübarizə yoludur

Həmas-ın siyasi bürosunun sədri İranın fələstinli müqavimət qruplarına olan dəstəklərinə görə təşəkkür edib, geniş silahlı müqaviməti sionistlərin fitnələri və islami məkanların yəhudiləşdirilməsi planaları ilə yeganə mübarizə yolu adlandırıb.

SaharAzeri xəbər verir: Həmas-ın siyasi bürosunun sədri İsmail Hənyə sonra deyib ki, Qüds Fələstinin digər məkanlarından daha çox yəhduləşdirmə fitnəsi və təhlükəsinə məruz qalır.

O, Amerikanın öz səfirliyini Qüds şəhərinə köçürməsini və bu şəhərin sionist rejimin paytaxtı kimi təqdim olunmasını tənqid etməklə həmin rejimin fitnələri qarşısında müsəlman ümmətinin birliyi və həmrəyliyini istəyibdir.

Həmas-ın siyasi bürosunun sədri sionist rejimin fitnəkar planları ilə yeganə mübarizə yolu kimi geniş və əhatəli hərbi müqavimətə təkid edərək, İran İslam Respublikası xüsusiyyət təşkil etməklə müqavimət mehvərinin fələstinli qrupları himayə üzrə addımlarını yüksək dəyərləndirib.

Hənyə deyib: İran İslam Respublikasının mərhum rəhbəri İmam Xomeyni(r.ə.) Ramazan ayının sonuncu cüməsini Qüds günü adlandırmaqla Fələstin müqavimətinə digər bir ruh bəxş etdi.

SİLAHLI MÜQAVİMƏT SİONİSTLƏRİN FİTNƏLƏRİLƏ YEGANƏ MÜBARİZƏ YOLUDUR

Teqlər

Şərhlər