May 21, 2020 10:14 Asia/Baku
  • BMT-nin Fələstin məsələsi qarşısındakı mövqeyi əsla dəyişməyib

BMT-nin baş katibi Antonio Quterreş Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla telefon söhbətində bir daha bu təşkilatın beynəlxalq hüquq normalarına və beynəlxalq qətnamələrə söykənən Fələstin məsələsi barədəki sabit mövqeyinə təkid edib.

SaharAzeri-nin bildirdiyinə görə, bu telefon söhbətində Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas da sionist rejimin birtərəfli hərəkətləri ilə mübarizə üçün qəbul edilmiş qərarlar barədə BMT baş katibinə məlumat verib.

Mahmud Abbas dünən sionist rejimin qərb sahilindən bəzi hissələri mənimsəmək üzrə səyindən sonra bildirdi ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin muxtariyyəti daha Təl-Əviv və Vaşinqton ilə olan müqavilələrindən heç birinə sadiq qalmayacaqlar.

Belə bir halda, BMT-nin Qərbi Asiya sülh prosesi üzrə koordinatoru qərb sahilindən bəzi hissələrin işğal olunmuş Fələstin ərazilərinə qatılması planına qarşı çıxaraq, deyib ki, bu hərəkət saziş prosesinə təhlükəli bir zərbə olacaqdır.

Nikolay Mladenov çərşənbə günü BMT Təhülükəsizlik Şurasının virtual iclasında sonra belə deyib: Qərb sahilindən bəzi hissələrin işğal olunmuş Fələstin ərazilərinə qatılması üzrə hər hansı birtərəfli addım sionist rejimlə Fələstini müzakirə masası arxasına qaytarmaq üzrə diplomatik səyləri zəiflədə bilər.

Mladenov deyib ki, qeyri-konstruktiv birtərəfli hərəkətlər fələstinlilərin müqəddəratının təyin edilməsinə təsir etməməli və bais olmamalıdır.

 

Teqlər

Şərhlər