May 21, 2020 12:59 Asia/Baku
  • Hizbullah məzlum Fələstin xalqını himayə üzrə əhdinə sadiqdir

Livan Hizbullahının baş katibi Ümumdünya Qüds günü münasibətilə etdiyi çıxışında bildirib ki, bu hərəkat məzlum Fələstin xalqını himayə üzrə əhdinə sadiqdir.

SaharAzeri xəbər verir: Seyyid Həsən Nəsrullah deyib: Biz «Qüds, şəhidlərin yoludur!» şüarı ilə bu günü qeyd edir və bildiririk ki, siyasi, irqi, dini və tayfa meyarları əsasında bizim aramıza ixtilaf salmaq və bizi zəiflətmək üzrə bütün fitnələr uğursuz qalıbdır.

Livan Hizbullahının baş katibi sonra deyib: Builki Qüds günü Livanın sionist düşmən qarşısında azad edilməsinin 20-ci ildönümü bayramı ilə üst-üstə düşüb və biz vurğulayırıq ki, məzlum Fələstin xalqını himayə üzrə əhdimizə sadiqik.

O, vurğulayıb: Təhdidlər, savaşlar, fitnələr və təzyiqlər hər nə qədər artarsa, biz də bir o qədər bu yolda möhkəm addımlayacaq və öz qanımızla cəbhələrdə iştirak edəcəyik.

Nəsrullah söyləyib: Bizim əhd-peymanımız İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin şəhid komandanı Hac Qasem Soleymani və bu yolda canlarını fəda etmiş bütün şəhidlərlədir. Biz bu yoldakı bütün mübarizlərlə əhd bağlayırıq ki, öz hədəflərimizin həyata keçməsi üçün əlimizdən gələni əsirgəməyəcək və hamımızın Qüdsdə və Məsciduləqsada namaz qılmağımız üçün müttəfiq olacağıq.

HİZBULLAH FƏLƏSTİN XALQINI HİMAYƏ ƏHDİNƏ SAİDİQDİR

Teqlər

Şərhlər