May 23, 2020 19:47 Asia/Baku
  • Netanyahu sabah məhkəmədə olacaq

Sionist Rejimin Baş naziri Benyamin Netanyahu sabah hakim qarşısına çıxacaq.

SəhərAzəri Axar.az-a istinadən xəbər verir ki, Netanyahu haqqında 3 fərqli korrupsiya işi ilə bağlı məhkəmə işi sabah baş tutacaq.

Sionist rejim tarixində ilk dəfə olaraq Baş nazir vəzifə başında olarkən barəsində məhkəmə işi qaldırılıb. Netanyahunun ilk məhkəmə prosesi Qüds bölgə məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Sionist rejim Baş prokuroru Avicat Mandelblit 21 oktyabr 2019-cu ildə 3 fərqli korrupsiya işi ilə bağlı Netantahuya qarşı iddia qaldırıb. Bu il martın 17-də planlaşdırılan məhkəmə prosesi isə koronavirus səbəbindən mayın 24-ə keçirilib.

Teqlər

Şərhlər