Suriyanın Bukamal şəhəri tam azad olundu
Suriya Ordusu Müttəfiqlər Əməliyyat Palatası bu ölkənin şərqində və İraq sərhədi yaxınlığında Deyruz-Zur vilayətinin Bukamal şəhərinin tam azad olunduğunu bildirib.
İRİB-in məlumatına görə, Suriya Ordusu Müttəfiqlər Əməliyyat Palatası bildirib: Bazar günü Bukamal şəhəri tam şəkildə İŞİD terror qruplaşmasının işğalından azad olunub və İŞİD-çilərin Bukamalda quraşdırdıqları bombaların zərərsizləşdirilməsi əməliyyatı davam etməkdədir.
Bundan öncə də Suriya ordusu və müttəfiqləri Bukamal şəhərini İŞİD-in işğalından azad etmişdilər. Lakin İŞİD ünsürləri himayədarları, o cümlədən ABŞ-ın dəstəyi ilə yenidən Bukamal şəhərini ələ keçirmişdilər.
Bukamal şəhərinin azad olunması ilə Suriya ordusu və müttəfiqləri önəmli qələbəni əldə edib və İŞİD-in Suriyadakı son bazasını ələ keçirə biliblər.
Deyruz-Zur vilayətində Bukamal sərhəd şəhərinin 120 min əhalisi vardır. Təxminən üç il İŞİD terrorçularının işğalı altında olmuşdur.
Bununla yanaşı Suriya ordusu Müharibə Təbliğatı Qərargahının yaydığı kadrlar Deyruz-Zur şəhərinin şimalında bir qrup İŞİD-çinin təslim olduğunu göstərir.
Bu ünsürlər silahlarını Deyruz-Zur şəhərinin şimalında Həvicə Qati bölgəsində Suriya ordusu və müttəfiqlərinə təhvil veriblər.