Maduronun tərəfdarları Karakasda aksiya keçiriblər
Venesuelanın geniş bir hissəsində elektrik enerjisinin kəsilməsi və su təminatı şəbəkəsində təxribatın davam etməsi ilə Maduronun himayədarları və Xuan Quaydonun tərəfdarları eyni zamanda aksiya keçiriblər.
Venesuela müxalifləri rəhbərinin bu ölkəyə qarşı geniş təzyiqlərin başlandığını elan etməsilə bir vaxtda prezident Nikolas Madurounun himayədarları Karakasda aksiya keçiriblər.
Siyasi böhranın şiddətlənməsilə nəticələnmiş Venesuelanın geniş bir hissəsində elektrik enerjisinin kəsilməsi və su təminatı şəbəkəsində təxribatın davam etməsi ilə şənbə günü Maduronun himayədarları və Xuan Quaydonun tərəfdarları eyni zamanda aksiya keçiriblər.
Venesuela prezidenti öz tərəfdarlarının qarşısında deyib ki, Çili və Kolumbiyadakı bəzi amillər Amerika hökumətinin himayəsi və köməklərilə Venesuelanın elektrik şəbəkəsinə qarşı kiber hücumlarında rola malik olublar.
Maduro: Bu ölkənin elektrik şəbəkəsinə qarşı son hücumların əksər hissəsi Çili və Kolumbiya vasitəsilə və Amerika hökumətinin köməyilə həyata keçirilib. Bu hücumlar, “kiber terrorizmi”dir. Görən, xalq qəbul edərmi ki, onlar, yəni müxaliflər, terrorizm yolu ilə hakimiyyətə çatsınlar? Xuan Quaydo dəfələrlə göstəribdir ki, Amerika hökumətinin göstərişlərini yerinə yetirir və hətta təhdid edibdir ki, öz ölkəsinə qarşı Amerikadan hərbi addım atmasını istəyəcəkdir.
Venesuela Əsas Qanun Assambleyasının sədri bu ölkənin prezidenti Nikolas Madurounun himayədarlarının Karakasda keçirilən aksiyasında deyib: Amerikanın Venesueladakı nümayəndəsi Elliot Abrams bu ölkə böhranında oynadığı rola görə, həbs olunmalı və zindana salınmalıdır. O, Amerikada da Mərkəzi Amerikadakı soyqırımında rol oynadığına görə, geniş miqyasda məhkumluqlarla üzləşir. O, dünyada ən pis qatil imperiyalardan birinin məsul şəxsidir.
Venesuela prezidenti Nikolas Madurounun himayədarlarından olan bir qadın deyib: Nikolas Maduro öz xalqı tərəfindən seçilib. Odur ki, bu gün ölkəni və onun hakimiyyətini müdafiə etmək məsuliyyəti xalqın üzərinə düşür. Bizim hamımız Venesuela inqilabını himayə etmək üçün buradayıq. Bizim yalnız bir prezidentimiz vardır ki, seçkilərdə onu seçmişik.
Amerika hökuməti son günlər Venesuela hökumətinə qarşı iqtisadi sanksiya və təzyiqləri kəskinləşdiribdir və yüksək vəzifəli bir ABŞ rəsmisi şənbə günü Venesuela ordusuna xəbərdarlıq edibdir ki, bu ölkədə dinc aksiyalar keçirən etirazçıların hüquqlarını müdafiə etsin.